12 Dekabr Ümummilli lider H.Əliyevin anım günü qeyd edilib

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir.
Bu gün məktəbimizin 4-cüləri də Azərbaycan xalqının xilaskarı, müdrik dövlət xadiminin anım gününü böyük hörmət və ehtiramla yad etmişlər. Onlar anım günündə tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti haqqında danışmış, şeirlər söyləmiş, təqdimatlarla çıxış etmişlər. 4-cülər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymasından, onun qeyri-adi zəka, fitri istedad sahibi olmasından, uşaqları sevməsindən böyük qürurla danışmışlar. Qeyd etmişlər ki, müdrik dövlət xadiminin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi bir məktəbdir. Nə qədər zaman keçirsə, keçsin insanların şüurunda bu dahi şəxsiyyət əfsanəvi və məharətli siyasətçi, xalqının etibarını qazanmış bir ata kimi yaddaşlarda qalacaq.Onu anmaq hər birimizin borcuna çevriləcək.