ŞAGİRDLƏRİMİZ FƏXRİ XİYABANDA OLUBLAR

Məktəbin müəllimi Violetta Nəbiyevanın təşkilatçılığı ilə 3 d sinif şagirdləri Fəxri xiyabanda olublar. Şagirdlər müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Şagirdlər böyük sevgi və hörmətlə Ulu öndərin məzarına tər güllər qoyublar. Müəllim bildirib ki, Dahi insan Heydər Əliyevin mənalı həyatı hamımız üçün, xüsusən gənclər üçün bir örnəkdir, məktəbdir.Sizlər Heydər Əliyev örnəkliyindən bəhrələnib daim öz üzərinizdə çalışmalı, dərslərinizi yaxşı oxumalı sabahın fəal qurucuları kimi biliklərə dərindən yiyələnmlisiniz. Məqsədinizə, hədəflərinizə çatmaq üçün ilk növbədə Ulu Öndər Heydər Əliyevin nurlu ideyaları ilə hərəkət etməlisiniz. Dövlətimizə, xalqımıza xidmət etməlisiniz. Şagirdlər bu ziyarətdən böyük təəssüratla qayıdıblar.