Şəhid Zaur Dadaşovun xatirəsi anıldı

Şəhid Zaur Dadaşovun adını daşıyan 7 "A" sinif şagirdlərinin iştirakı ilə məktəbdə şəhidin doğum günü qeyd edilib. Tədbirdə qısa, rəşadətli və mənalı həyat yolu keçərək şəhidlik zirvəsinə yüksələn Zaur Dadaşovun doğmaları da iştirak edib. Şəhidin qardaşı Zaurla bağlı xatirələrini gah kövrək, gah da qürur hissi ilə danışaraq iştirakçılarda dolğun, yadda qalan hislər aşılayıb. Daha sonra şagirdlər şəhidlərin ruhuna rəğbət əlaməti olaraq şeirlər söyləyiblər. Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova və təlim tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova da çıxış edib. Keçirilən tədbir, edilən çıxışlar şagirdlərdə şəhid adına dərin hörmət, Vətən sevgisi, qürur və iftixar hissi oyadıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi