Sağlam həyat üçün Təbiəti qoruyaq

Məktəbimizin müəllimləri Esmira Zöhrabova və Gülümsər Orucovunın təşkilatçılığı ilə 6- cı sinif şagirdləri ilə birgə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Sağlam həyat üçün Təbiəti qoruyaq" adlı layihə keçirilib. Qeyd edək ki layihənin məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin, flora və faunanın qorunması, yaşıllıqların yaradılması, ağac əkmək və becərmək kimi vərdişlərin kiçik yaşlarından aşılanması idi. Layihə əsasında şagirdlər böyük həvəslə sinif otaqlarında dibçəkdə güllərin əkilməsində, həyətyanı sahədə təmizlik işlərinin aparılmasında yaxından iştirak ediblər. Daha sonra dərs zamanı hazırladıqları əl işlərini nümayiş etdiriblər. Şagirdlərə bildirildi ki , insanın formalaşmasında, yetkinləşməsində təbiətin, ətraf mühitin böyük əhəmiyyəti və təsiri vardır. Təbiəti qorumaq və qayğısına qalmaq hər bir vətəndaşın borcudur. Bizim həm həyatımız, həm də sağlamlığız məhz onunla bağlıdır.