ŞAGİRDLƏR ALTERNATİV ENERJİ MƏNBƏYİ OLAN EV DÜZƏLDİBLƏR

Məktəbin  müəllimi Səmədova Elnarənin təşkilatçılığı ilə 5"Ç" sinfinin  şagirdləri STEAM dərsində alternativ enerji mənbəyi olan ev düzəldiblər. Bildiyiniz kimi STEAM dərslərdə əsas məqsəd  şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Məktəbin foyesində şagirdlərin  əl işlərindən ibarət sərgi   təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi