PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova gündəlikdə olan məsələlərlə müəllimləri   tanış edib.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova II-IV siniflərdə təlim dili, riyaziyyat fənlərindən keçirilən monitorinqin nəticələri barədə çıxış edib. II-XI siniflərdə Azərbaycan dili (dövlət dili kimi) fənninin tədrisi vəziyyətinin öyrənilməsi və VIII-XI siniflərdə aparılan monitorinqin nəticələri haqqında məktəbin direktoru məlumat verib. Məktəbin direktoru eyni zamanda VI-IX siniflərdə Azərbaycan tarixi, VII-IX siniflərdə coğrafiya fənlərindən və VI, VIII, X siniflərdə ingilis dili fənnindən keçirilən monitorinqin nəticələri, Zəfər tarixi kursunun tədrisi vəziyyəti barədə danışıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova 10"B" təmayül sinfində riyaziyyat, fizika, kimya və biologiya fənlərindən, 10"D", 11"Ç" təmayül siniflərində isə riyaziyyat, fizika, kimya fənlərindən keçirilən monitorinqin nəticələri barədə çıxış edib. IX və XI siniflərdə imtahan fənlərindən aparılan monitorinqin nəticələri haqqında məktəbin direktoru məlumat verib. Ötən tədris ilində IV və VI siniflərdə MÜTDA  tərəfindən aparılmış monitorinqin nəticələrinə uyğun V və VII siniflərdə şagird nailiyyətlərinin təhlili  barədə direktor müavini Nazimə Zeynalova çıxış edib. Məktəbin psixoloqu Gülsənəm Bayramlı “İstedad Bankı”nın yaradılması, “Risk” qrupuna daxil olan şagirdlərlə görülən işlər barədə danışıb. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı İradə İsmayılzadə “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görülən işlər barədə çıxış edib. Məktəb invertarlarının qorunması haqqında Vilayət Hüseynov çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi