MƏKTƏBDƏ “SÜNİ İNTELLEKT ƏSASLI VİRTUAL BİOLOGİYA” LAYİHƏSİNİN AÇILIŞ TƏDBİRİ KEÇİRİLİB

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Süni intellekt əsaslı virtual Biologiya" layihəsinin açılış tədbiri keçirilib. Layihənin açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə,Təlimə Dəstək Mərkəzinin metodisti Çinarə Cəbrayılova, təlimçi Elnarə Nərimanova, məktəbin direktoru Kəmalə Qədirova ,direktor müavinləri və müəllimlər iştirak ediblər. Layihənin rəhbəri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova layihə haqqında məlumat verib .Bildirib ki, layihənin əsas məqsədi Süni intellektin və virtual laboratoriyaların imkanlarından istifadə edərək təhlükəsiz, xərcsiz və interaktiv öyrənmə mühitində təcrübələr keçirmək və bacarıqlar formalaşdırmaq , şagirdlərin gələcək karyera seçiminə şərait yaratmaq, müxtəlif ekoloji və bacarıq yönümlü layihələrdə iştirak etməkdir.