Peşə seçimində kömək məqsədilə maarifləndirici söhbət

Məktəbdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşə yönümü adlı maarifləndirici söhbət aparılıb. Məqsəd müasir dövrdə gənclərin maraq və meyillərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işə götürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələrinin son dərəcə mühüm əhəmiyyət kəsb etməsidir. Söhbət zamanı uşaqların peşə seçimi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.