Veronikanın uğuru

Məktəbimizin 11"D"sinif şagirdi Klim Veronika Gürcüstanın Tbilisi şəhərində Sakartvelo Orienteering idman klubunun təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Səmti Müəyyənetmə Həftəsi”ndə iştirak edib. Müxtəlif ölkələrin iştirakı ilə baş tutan tədbirdə, Azərbaycandan RUGİM-in səmti müəyyənetmə dərnəyinin üzvi Klim Veronika I yerə layiq görülüb. Uğurların davamlı olsun, Veronika !