Valideynlərlə görüş keçirilib

Məktəbdə şagirdlərin yeniyetmə yaş dövrü ilə əlaqədar olaraq baş verə biləcək psixoloji problemləri və onların aradan qaldırılması yolları haqqında valideynlərə öz tövsiyələrini vermək üçün məktəbin direktoru Kəmalə Qədirova və psixoloqlar Gülsənəm Bayramlı, İsgəndərova Gültəkin görüş keçirib. Eyni zamanda psixoloqlar bildiriblər ki, yeniyetməlik yaş dövrünün əsas aparıcı fəaliyyət forması ünsiyyət olduğundan valideyn-övlad arasında sağlam ünsiyyət yaradıl arsa baş verə biləcək problemlerin qarşısını almaq mümkündür.
Məktəbin tibb bacısı Gülcöhrə İsmayılova öz çıxışında valideynlərə övladlarının gigiyenik qaydalara riayət etmələrini, hansı vasitələrdən istifadə etməli olduqlarını tövsiyə edib. Son zamanlar yayılan infeksion xəstəlik olan qızılca xəstəliyindən və ona qarşı profilaktik tədbirlər haqqında söhbət açıb Sonda isə valideynləri narahat edən suallar cavablandırılıb.