ZƏNGİN TARİXİMİZİ ÖYRƏNƏN ŞAGİRDLƏR

Babalarımızdan bizə gəlib çatmış müqəddəs irsin göz bəbəyi kimi qorunub saxlanmasını, milli dəyərlərimizi, mədəniyyətimizi, böyük və zəngin tariximizi əyani izah etmək məqsədi ilə məktəbimizin ibtidai sinif müəllimi Sevinc Məcidova 4"B" sinif şagirdlərini Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya aparıb. Bələdçi Gülnarə Əzimova muzeyinin yerləşdiyi binanın məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olduğunu şagirdlərə bildirib. Bələdçi eyni zamanda tarixi keçmişimiz, xalqımızın qədim dünya tarixindəki yeri və rolu haqqında məlumat verib. Şagirdlər Hacı Zeynalabdin Tağıyevin iş kabineti, şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı və s. ilə tanış olublar.
Şagirdlər həmçinin 44 günlük müharibədən sonra yaradılan “Zəfər” zalı ilə də tanış olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotolara baxıblar. Onlar qədim və yeni tariximiz haqqında məlumatları böyük həvəs və maraqla dinləyib, bələdçiyə onları maraqlandıran sualları veriblər. Şagirdlər ekskursiyadan böyük təəssüratla ayrılıblar.