ŞAGİRDLƏRİMİZ QALA DÖVLƏT TARİX ETNOQRAFİYA QORUĞUNDA OLUBLAR

Məktəbdə tədris olunan bütün fənlər təhsilalanlara elmi biliklər verirsə, ekskursiyalar da gənc nəslin nümayəndələrində  milli-mənəvi dəyərlərin , xüsusən də vətənpərvərlik hislərinin aşılanmasına kömək edir, oların dünyagörüşünə, estetik zövqlərinin inkişafına xidmət edir. Elə bu səbəbdən məktəbin 4"Ç"sinif müəllimi Məşədiyeva Nahidə şagirdləri ilə Qala Tarix Etnoqrafiya qoruğunda olublar. Açıq səma altında yaradılmış bu nadir muzey kompleksində şagirdlər eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, onların geyim, bəzək və məişət əşyaları ilə tanış olmuş, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqlarına baxıblar. Onlar burada fəaliyyət göstərən  dulusçuluq, çörəkbişirmə sexlərində olub və  bələdçinin köməyi ilə özləri lavaş yayıb, bişirmiş, gildən müxtəlif əşyalar hazırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi