MƏKTƏBDƏ TƏHLÜKƏSİZ İNFORMASİYA İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ SÖHBƏT APARILIB

Məktəbin informatika müəllimi Bənövşə Qurbanova 7 "Ç"sinif şagirdləri ilə təhlükəsiz informasiya barədə söhbət aparıb. Müəllim müzakirələr zamanı bildirib ki, informasiya axtarışı zamanı əsas meyar mənbənin və ya veb-sənədin müəllifinin etibarlılığıdır. Çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin.
Müəllim çıxışında qeyd edib ki, bu gün praktik olaraq hər bir istifadəçi internetdə hər nə istəsə yerləşdirə bilər. Səhifənin mötəbərliyini öyrənmək üçün onun veb-ünvanını - URL ünvanını müəyyənləşdirmək faydalıdır. Məsələn, gov – göstərir ki, bu, dövlət müəssisəsinin saytıdır; edu–təhsil müəssisəsinin, universitetlərin saytıdır; com – kommersiya təşkilatlarında istifadə edilir; org - əsasən gəlirsiz işləyən ictimai təşkilatların saytıdır. Müəllim sonda şagirdlərə sorğu vərəqləri paylayıb. Şagirdlər öz fikirlərini qeyd ediblər.