“KİÇİK AKADEMİYA”NIN FƏNLƏR ÜZRƏ TƏQDİMATI KEÇİRİLİB
Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirilib. Şagirdlər təqdimatlarını respublikamızda keçirilən COP 29-a həsr ediblər. 9 ”D” sinif şagirdi Ələkbər Abdullayev, 10 ”B” sinif şagirdi Babayeva Fidan “COP-29 ilə kimyanın əlaqəsi”, 11Ç sinif şagirdi Ömər Hüseynov, 9 ”B” sinif şagirdləri Murad Tahirli, Aysel Tahirova, Ümid Əliyev, 8 ”B” sinif şagirdi Axundova Səma “Dünyanı tarixi analitika ilə qoruyaq” təqdimatları ilə çıxış ediblər. Şagirdlər əvvəlcədən müəyyən olunmuş meyarlara əsasən təqdimatda iştirak edən fənn müəllimləri tərəfindən qiymətləndiriliblər. Sonra məktəbin direktoru Kəmalə Qədirova aktual bir mövzuda araşdırma apardıqları üçün şagirdlərə uğurlar arzulayıb. Təqdimatda məktəbin direktoru,direktor mavinləri, fənn müəllimləri iştirab ediblər.