MƏKTƏBDƏ “AİLƏM VƏ MƏKTƏBİM ”LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində II-VIII siniflərdə oxuyan şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərin məktəbdəki günü səhər saat 09:30 - da başlayıb. İlk öncə məktəbin direktoru Kəmalə Qədirova valideynlərlə maarifləndirici söhbət aparıb. Görüşün şagirdlər üçün əhəmiyyətindən danışıb. Kəmalə müəllim bildirib ki, görüşün əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Valideynlər məktəbdə dərs müşahidələrində olublar. Sonra məktəbin psixoloqu Gülsənəm Bayramlı “XXI əsrdə Valideyn- uşaq münasibətləri” mövzusunda söhbət aparıb. Sonra valideynlər məktəbin akt zalında müəllimlərimizin  hazırladığı  “Bayraq kimliyimdir, bayraq  mənliyim, Bayraq öz yurduma, öz hakimliyim!” tədbirində iştirak ediblər. Valideynlər məktəbdən böyük təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi