"Bullinq" mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparılıb
Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 6 "A" sinfində "Bullinq" mövzusunda maarifləndirici söhbət aparıblar. Bu söhbət, şagirdlərə zorakılığın və psixoloji təzyiqlərin cəmiyyətdə və məktəbdə nə qədər zərərli olduğunu başa salmaq məqsədi daşıyırdı. Psixoloqlar şagirdlərə bu cür davranışların qarşısını almaq, bir-birlərinə qarşı hörmətli və anlayışlı yanaşmaq üçün hansı yolları izləməli olduqlarını izah ediblər. Bulinqin həm qurbanları, həm də təcavüzkarları üzərində mənfi təsir yaratdığını vurğulayaraq, empatiya, qarşılıqlı hörmət və sağlam ünsiyyətin vacibliyini önə çəkiblər.