AZADLIQ VƏ ZƏFƏR RƏMZİ - XARIBÜLBÜL
Məktəbin ibtidai sinif müəllimi Nəbiyeva Violetta 3"D" sinfində "Zəfər Günü”nə həsr etdiyi təsviri incəsənət dərsində şagirdlər azadlıq və zəfər simvolu olan Xarıbülbülü rəngləyiblər. Müəllim bildirib ki, uzun illərdir əsirlikdə olan, Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül artıq azadlığına qovuşmuş, bütün Azərbaycanın azadlıq, Zəfər rəmzinə çevrilib. Dərs şagirdlər tərəfindən maraqla qarşılanıb .