BALACALARIN BAYRAQ SEVİNCİ
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb.
9 noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gün kimi qeyd olunur.
Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova 0 "B" sinif şagirdlərini elə kiçik yaşlardan bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməyi öyrətmək məqsədilə onları ustad dərsinə aparıb. Əvvəlcə müəllim şagirdlərinə bayraq, gerb və himnimizin dövlət atributu sayıldığını söyləyib, bayrağın mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasim və məclislərdə, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirdiyini öyrədib.
Sonra uşaqlar burada bayrağımızın maketini rəngləmiş, şeir söyləyib, mahnı oxuyublar. Balacalar məktəbdə ilk tədbirlərindən çox böyük sevinclə ayrılıblar.