Tarixi yazmışıq, biz zəfər qazanmışıq

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Bu nəğmənin hər kəlməsi Vətəndir, hər notu, hər səsi vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir. Sonsuz əngəlliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər, hələ beşikdəki bapbalaca körpələrin çırpınan qəlb döyüntüləri də bu nəğməni zümzümə edir.
Azərbaycan əsgərləri bu nəğmələrin sədası altında böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub, öz adlarını Azərbaycan tarixinə yazdırıb. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı, Ali Baş Komandanımızın düzgün və düşünülmüş siyasəti bizə bu qələbəni qazandırıb. Bu tarixi qələbəni məktəbimizin 8"B" sinif şagirdləri sevinc göz yaşları ilə qeyd ediblər. Şagirdlər həzin musiqilər, milli rəqslər ifa edərək zəfərimizi əks etdirən şeirlər söyləyib, ibrətamiz fikirlər ilə tamaşaçıların zövqünü oxşayıblar. Sonra səhnəyə ulu “Dədə Qorqud” gələrək nəsihətlərini bir daha xatırladıb, “Şah İsmayıl Xətai”, “Babək”, “X.Natəvan”, “Ağabəyim ağa” dilimiz, mənəviyyatımız, milli birliyimiz haqqında fikirlər söyləyiblər. Tədbir gözəl musiqi sədaları ilə başa çatıb.