COP- 29 - NƏDİR?

Məktəbin ibtidai sinif müəllimi Tamilla Məmmədovanın rəhbərliyi ilə 2"A" sinfində iqlim dəyişikliyi ilə bağlı keçirilən beynəlxalq konfransa həsr edilmiş "Cop-29 nədir? "mövzusunda tədbir keçirilib. Tamilla müəllim şagirdlərə mövzu ilə bağlı geniş məlumat verib.Onları maraqlandıran sualları cavablandırıb. Sonra ətraf mühitin qorunması məqsədilə 2 "A" sinfinin uşaqları məktəbin həyətyanı sahəsini təmizləyib, kitabxanadakı güllərə qulluq ediblər.