Vətən qızı, Vətən oğlu Müqəddəsdir Vətən yolu

8 Noyabr millətimizin qürur günüdür. Bu gün illərdir ağlayan gözlər sevinc göz yaşları ilə dolub. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılıb. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç bir yağı düşmənə verən deyilik! Bu gün: “ Vətən qızı, Vətən oğlu, müqəddəsdir Vətən yolu”,- deyib 8"B" sinif şagirdləri sinif rəhbəri Həcər Bəşirova ilə Şəhidlər xiyabanını ziyarət ediblər. Şagirdlərimiz göz yaşları içərisində qərənfil dəstələrini şəhid məzarlarının üstünə qoyaraq ürək sözlərini deməyə çalışıblar. Sözlər böğazlarda ilişib qalsa da, qələbə sevincini məhz bu şəhidlərin sayəsində qazandıqlarını, ürək yanğısı ilə söyləyiblər. Şagirdlər ömürlərinin ən gözəl illərində gəncliyinin ən yaxşı çağlarını Azərbaycan torpaqlarının azadlıq və səadəti uğrunda fəda edən igidlərə ömür boyu borclu olduqlarından, qələbəmizdən iftixar hissi ilə danışaraq bildiriblər ki, şəhidlər bizə Vətəni necə sevməyi, azadlıq, torpaq uğrunda qurban getməyi öyrədiblər. Şagirdlərimiz Zəfər sevincini şəhidlərimizlə bölüşərək al-qırmızı qərənfillərə bürünmüş şəhid məzarlarının önündə and içiblər ki, onların adına layiq övladlar kimi böyüyəcək,vətənimizi şərəf və ləyaqətlə qoruyacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi