MƏKTƏBDƏ TƏHLÜKƏSİZLİK MÜHİTİNİN YARADILMASI BARƏDƏ TƏDBİR KEÇİRİLİB

Məktəblərdə təhlükəsizlik mühitinin yaradılması barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı şəhəri Təhsil İdarəsinə daxil olmuş məktuba əsasən təhlükəsizlik tədbirləri həyata keçirilir. 
Ümumitəhsil müəssisələrində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə aparılan tədbirlər çərçivəsində  məktəb müdiriyyətin təşkilatçılığı ilə   təhlükəsizlik mühitinin yaradılması ilə bağlı tədbir keçirilib. Şagirdlərə  təhlükəsizlik, nizam-intizamı tənzimləyən qayda və prosedurlar haqqında geniş məlumat verilib.
Məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, ümumi təhsil məktəblərində təhlükəsizlik mühitinin yaradılmasıının əsas məqsədi  şagirdlərin sağlamlığı, rifahı və inkişafı üçün əlverişli mühitin yaradılması, eyni zamanda, həm fiziki, həm də psixoloji təhlükəsizliyi təmin etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi