MƏKTƏBDƏ METODŞURANIN İCLASI KEÇİRİLİB

Məktəbdə metodşuranın növbəti iclası keçirilib. Metodşuranın sədri Nazimə Zeynalova gündəlikdə olan birinci məsələ ilə metodşura üzvlərini tanış edib. Şagirdlərin inkişafa ehtiyacı olan tərəflərinin: riyaziyyat dərslərində şagirdlərin təlim nəticələrinin, ingilis dili dərslərində ünsiyyət bacarıqlarının, problem təhliletmə və əməkdaşlıq bacarıqlarının, öyrəndiklərini digər fənlərlə və real həyatla əlaqələndirmək bacarıqlarının inkişaf etdirilməsi məsələsi barədə çıxışında bildirib ki, gündəlikdə qoyulan məsələ məktəb müdiriyyəti tərəfindən ilboyu diqqət mərkəzində olan aktual məsələdir. Şagirdlərdə qeyd olunan fənlər üzrə bu bacarıqların inkişaf etdirilməsi üçün işlər aparılmalıdır. Nümunəvi dərslərin qrafikinin hazırlanması, qarşılıqlı dərsdinləmələrin təşkili və müzakirəsi barədə bildirib ki, metodbirləşmə rəhbərləri dərslərin hazırlanma gedişatında iştirak etməli, fənn müəllimlərinə metodiki tövsiyələr verməlidirlər. Sonra dərslər təhlil olunmalıdır. İstedadlı şagirdlərin aşkar edilməsi, onlarla aparılan işlərin səmərəli təşkilinə nəzarət barədə metod şura sədri bildirib ki, istedadlı şagirdlərin aşkara çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi hər bir müəllimin fəaliyyət planında öz əksini tapmalıdır. Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova istedadlı şagirdlərin aşkar edilməsi, onlarla aparılan işlərin səmərəli təşkilinə nəzarət barədə qeyd edib ki, bu sahədə müəllimlərimiz şagirdlərlə iş aparırlar. Hekayə, şeir yazma bacarığı olan şagirdlərimiz müsabiqələrdə iştirak edirlər.
 COP 29-la bağlı metodbirləşmələrin fəaliyyəti ilə bağlı məsələdə metodbirləşmə rəhbərləri məlumatlar veriblər. İnformatika fənni üzrə İlahə Ramazanova bildirib ki, şagirdlər öz kitablarını hazırlayıb və təqdimat ediblər. Daha sonra şagirdlər Tinkercad proqramında “Yaşıl dünya” adlı 3D modellər hazırlayıblar. Texnologiya fənni üzrə metodbirləşmə rəhbəri Elnarə Səmədova bildirib ki, şagirdlər iqlim dəyişikliyinə qarşı keçiriləcək ”COP- 29”-a öz töhfələrini məktəbdə keçirilən “Rəsm müsabiqəsində” bildiriblər. Sonda metodşura üzvləri gündəlikdə olan məsələlərə münasibətlərini bildiriblər. Metodşura üzvlərinə tapşırıqlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi