COP 29: AZƏRBAYCANIN YAŞIL GƏLƏCƏYƏ TÖHFƏLƏRİ ARTIR

Məktəbin riyaziyyat-informatika müəllimi Ramazanova İlahə 6 "A" sinif şagirdləri ilə STEAM dərsində “Kitab sənin ilk dostundur” mövzusunda COP-29 la əlaqədar kitab təqdimatı və sərgisi keçiriblər. Təqdimatda hər bir şagird öz kitabını hazırlayıb və təqdimat edib. Daha sonra şagirdlər Tinkercad proqramında “Yaşıl dünya” adlı 3D modellər hazırlayıblar. Şagirdlər təqdimat zamanı maraqlı əl işləri və çıxışları ilə fərqləniblər. Təqdimatda məktəbin direktoru Kəmalə Qədirova da iştirak edib, şagirdlərlə mövzu barəsində xoş təəssuratlarını bölüşüb.