MƏKTƏBDƏ YAŞIL SİNİF YARADILIB

Məktəbin təşkilatçısı İradə İsmayılzadənın təşəbbüsü ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq “Yaşıl sinif” yaradılıb. Müəllim şagirdlərə yaşıllıqların əhəmiyyəti, onların iqlimin yaxşılaşdırılmasındakı rolu, estetik gözəlliyi haqqında geniş məlumat verib. Şagirdlər müəllimin köməyi ilə dibçək gülləri əkib, onlara qulluq edib və təmizlik işləri aparıblar. Sonda “Yaşıl sinif”də ekoloji güşə yaradılıb.
Məktəbdə “Yaşıl sinif”lərin yaradılmasının əsas məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin artırılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsindən ibarət olub.