MƏKTƏBDƏ MÜƏLLİMLƏRİN HESABATLARININ DİNLƏNİLMƏSİNƏ START VERİLİB

Məktəb müdiriyyətinin iştirakı ilə ibtidai sinif müəllimlərinin gördüyü işlərin hesabatı dinlənilib. Müəllimlər hesabatlarında məktəbin Fəaliyyət planına əsasən şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan tədbirlərini qeyd ediblər. Müəllimlər təqdimatlarında bildiriblər ki, hər keçirilən tədbir şagirdlərimiz üçün bir vətən dərsidir. Onların qəhrəmanlıq ruhunda tərbiyəsində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində iştirak edən, məktəbimizin foyesində qürurla seyr etdiyimiz “rəşadətli məzunlarımız” fotostendini göz önünə gətirməklə qəhrəman şagirdlərimizin bügünkü gənc nəslə örnək olduğunu qeyd ediblər. Eyni zamanda müəllimlər şagirdlərin təhsilinin keyfiyyətinin yüksəldilməsi , bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması üçün gördükləri işlərdən danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi