2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bağırova Təranə 5 "B" sinif şagirdlər ilə məktəb kitabxanasında olublar. Şagirdlər Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə mütaliə etdikləri kitablar barədə danışıblar. Müəllim uşaqların tərbiyəsində mütaliənin xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. Eyni zamanda bu əlamətdar gün haqqında şagirdlərə məlumat verib. Müəllim bildirib ki, Uşaq Kitabı Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Beləliklə, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis olunub. Şagirdlər məşhur nağılçı Hans Xristian Andersenin yaradıcılığından mütaliə etdikləri nağıl qəhrəmanları haqqında danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi