31 MART SOYQIRIM GÜNÜDÜR

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Təranə Bağırova və Bacıxanım Əliyevanın təşkilatçılığı və 8 "B" sinif şagirdlərinin iştirakı ilə məktəbdə 31 Mart Soyqırım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Şagirdlər ilk öncə faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Sonra 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə danışıblar. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü qeyd ediblər. Şagirdlər təqdimatlarında bildiriblər ki, üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş,əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər. Müəllim şagirdlərin diqqətinə çatdırıb ki, 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Sonda şagirdlər faciəni özündə əks etdirən videoçarxı izləyiblər. Tədbirdə məktəb müdiriyyəti iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi