"Elimizə bahar gəlir " tədbiri keçirilib

Məktəbdə ADU - nun təcrübəçi tələbələrinin təşkilatçılığı və 5-9 cu sinif şagirdlərinin iştirakı ilə “Elimizə bahar gəlir” adlı ədəbi - bədii kompozisiya keçirilib. Tədbirdə Kosa, Keçəl, Bahar qız rolunda oynayan şagirdlər maraqlı çıxışları ilə xoş ovqat yaradıblar. Şagirdlər çıxışlarında Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildiriblər. Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramı olduğunu qeyd ediblər. Tədbirin sonunda şagirdlər Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıblar..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi