MƏKTƏBDƏ “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” MÖVZUSUNDA TƏQDİMAT KEÇİRİLİB

Məktəbin 9 "B" sinfinin şagirdləri yaşıl dünya naminə həmrəylik ili mövzusunda maraqlı təqdimat ediblər. Kimya müəllimi Dürdanə Yunisovann dəstəyi ilə mövzu əsasında araşdırma aparıblar. Şagirdlər təqdimatlarında ətraf mühitə qarşı məsuliyyət daşımağın və tədbirlər görməyin əhəmiyyətini qeyd ediblər. Onlar üzvi və mineral gübrələr haqqında apardıqları araşdırmaları təqdim ediblər. Şagirdlər təqdimatlarında gübrələrin istehsalı və tətbiqindən, eyni zamanda, bitkilərin inkişafında rolundan danışıblar. Bildiriblər ki, şəhərdə, qəsəbədə daha çox ağac əkilməlidir. Ağacların əkilməsində gübrələrdən istifadə olunması ətraf mühiti təmiz və yaşıl saxlamağa kömək edir. Şagirdlərdən Davudova Fatimə və Sayadlı İsmayıl “Kompleks gübrələr” , Babayeva Fidan “Kimya və təbiət” İsmayıllı Emil və Nəsibli Ziya "Gübrələrin insan orqanizminə ziyanı”, Qurbanzadə Adil ”Azotlu gübrələr”, Abdullazadə Atilla "Fosforlu gübrələr”, Qafarova Aynur ”Kaliumlu gübrələr “ mövzusunda çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi