MƏKTƏBİN XI SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Məktəb rəhbərliyinin təşəbbüsü ilə XI sinif şagirdləri ilə görüş keçirilib. Məktəbin direktoru şagirdlərə buraxılış imtahanında uğurlar arzulayıb. Məktəbin psixoloqları imtahanqabağı həyəcan və stressin azaldılması barədə danışıblar. Görüşün əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub.

 Şagirdlərlə stresin və həyəcanın aradan qaldırılması və onlarda özgüvənin artırılması barədə söhbət aparılıb, şagirdin qidası, stressi aradan qaldırmaq gimnastikası və digər məsələlər müzakirə olunub. Stress, qayğılar, depressiya, yorğunluğun aradan qaldırılması üçün keçirilən görüş şagirdlərdə imtahanqabağı bir motivasiya olub. Şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi