DÜNYA FİZİKLƏRİN GÖZÜ İLƏ MÖVZUSUNDA ƏYLƏNCƏLİ DƏRS KEÇİRİLİB

Məktəbin fizika müəllimi Təranə Həsənova 8"B" sinfində fizika dərsini daha əyləncəli keçmək üçün dərsində əylənərək öyrənmə metodundan istifadə edib. Şagirdlərdən Davudov İbrahim Nyutonun ümumdünya cazibə qanunu, Hüseynli Çiçək Arximedin qanunu, Rzazadə Aylin Bernulli qanunu haqqında şeirlər söyləyib, şeirlərin məzmununa uyğun maraqlı animasiyalar təqdim ediblər. Şagirdlər təqdimatları zamanı bütün cisimlərin yerə nə üçün düşdüyünü, gəmilərin suyun üzərində necə üzdüyünü, təyyarələrin səmada uçduğunu, mayelərin boruda axın sürətini, borunun ən kəsiyi böyük olan yerdə kiçik, kiçik olan yerdə böyük olduğunu izah ediblər. Müəllim dərs prosesində qrup işindən istifadə edib. Şagirdlər əyləncəli yarışma ediblər. Tahirli Murad Nikola Teslanın heykəlinin yanında alimin həyatı və elmdə kəşfləri haqqında hazırladığı reportajı dərs prosesində təqdim edib. Bu şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi