XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİDİR

Məktəbin müəllimi Gülümsər Orucovanın təşkilatçılığı və  8"D" sinfinin iştirakı ilə  Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Gülümsər müəllim bildirib ki, ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib,  25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Xocalı şəhərinin mərkəzində kütləvi insan qalıqlarının aşkar olunması onların taleyinin də fəlakətlə nəticələndiyini, erməni vandalizmini sübut edir. Tədbirdə şagirdlər dəhşətli anları özündə əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi