XOCALI FACİƏSİNİ UNUTMURUQ

Məktəbin müəllimləri Güləbətin Məhərrəmova və Dilarə Kərimovanın təşkilatçılığı ilə 7ç və 8ç siniflərində Xocalı faciəsinin 32 -ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Müəllimlər bildiriblər ki, Xocalı faciəsi əsrin faciəsidir. Xocalı faciəsi erməni vandallarının vəhşiliyi nəticəsində baş verib. 1992- ci ildə fevralın 25-dən 26-na keçən gecə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq ermənilər Xocalı şəhərini mühasirəyə alıb, dinc əhalini qəddarcasına qətlə yetiriblər .Qətliam nəticəsində aralarında qadın ,uşaq, qoca olan 613 mülki vətəndaş həyatını itirib.Tədbir zamanı şagirdlər Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən şeirlər söyləyib, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza qarşı törədilən qəddar cinayət olduğunu bildiriblər.