XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR

 Məktəbin tarix müəllimi Leyla Mənsimovanın təşkilatçılığı ilə “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Himni səsləndirilib. Sonra şəhidlərimizin xatirəsi hörmətlə yad edilib. Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova şəhid şəhərimiz Xocalının artıq azad olduğunu, cənab prezidentimizin uğurlu siyasətinin və müzəffər ordumuzun şücaəti ilə torpaqlarımızın işğaldan azad olduğunu bildirib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Tədbirin təşkilatçısı Leyla müəllim çıxışında bildirib ki, bu gün Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 32 il ötür Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə tarixdə baş vermiş ən dəhşətli soyqırımlardan biridir Soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Tədbirin sonunda cənab prezidentimiz İlham Əliyevin Xocalıda bayraq ucaltmasini əks etdirən videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi