ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZDIR” ADLI TƏDBİR KEÇİRİLİB

Məktəbin 5 b sinfinin iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə məktəb kitabxanasında 21 Fevral Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz – milli varlığımızdır” adlı tədbir keçirilib. Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd edilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir. Ulu öndərimiz Heydər Əliyevin ana dili haqqında söylədiyi ibrətamiz kəlamları səsləndirilib. Müdrik rəhbərimiz Heydər Əliyev ideyalarının davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və s. uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələsinin həmişə önəmli yer tutduğunu vurğulayıblar.