Qəlbimə günəşin özü ilə axdın…

Poeziya dilim, şirin layla dilim, ecazkar mahnı dilim, dosta məhəbbət, düşmənə nifrət dilim - mənim ana dilim!

    Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Elə buna görə də məktəbimizin 7 "B" və 8 "A" sinif şagirdləri bu həzin, musiqili dilimizin özəlliklərini yada salmaq üçün kitabxanaya toplaşıb dəyirmi masa keçiriblər. “Qəlbimə günəşin özü ilə axdın” adlı bu tədbirdə şagirdlər dilin, onun varlığını sübut edən, onu yaşadan bir abidə olduğunu, Azərbaycan dilinin isə bu abidələr içərisində dayanmağa mənəvi haqqı olduğunu, zaman-zaman tarixin sınaqlarına məruz qaldığını, olmazın çətinliklərlə üzləşdiyini, amma xalqımızın böyüklüyü, müdrikliyi sayəsində günümüzə qədər alnıaçıq, üzüağ gəlib çıxdığını fərəhlə söyləyiblər. Yüksək dəyərlərə malik olan bu xəzinəni qorumağı, onun əbədiyaşar olmasını təmin etməyi isə özlərinin ən ümdə vəzifəsi hesab etmələri ilə qürurlanıbar.

 Eyni zamanda Azərbaycan dilinin nə qədər səlist, oynaq və bədii bir dil olduğunu, həm də bu dilin müdafiəçisi olduqlarını bildiklərini, onun varlığını qoruyan bir əsgər kimi önəm verdiklərini qeyd ediblər.

   Tədbirin sonunda bu qənaət hasil olub ki, dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Bu yaşam isə dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi