VIII və IX siniflər monitorinq olunub

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VIII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinqi keçirilib. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilib. Monitorinqin keçirilməsində əsas məqsəd IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində bilik və bacarıqlarının mövcud vəziyyətini öncə keçirilən iki monitorinqlə müqayisəli şəkildə öyrənmək olub. VIII siniflərdə də monitorinqin keçirilməsində əsas məqsəd bu fənlər üzrə çatışmazlıqları müəyyənləşdirmək olub. Bütün şagirdlərimizə uğurlar arzulayırıq.

      Monitorinqin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi