ŞAGİRDLƏRİMİZ BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜNDƏ AMEA-DA OLUBLAR

 Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün çalışan Kitab Bağışlama Günü könüllüləri dəyərli kitablarını gənc oxucularla bölüşməyə çağırır. Məktəbimizin şagirdləri tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə Beynəlxalq Kitab Bağışlama Günündə AMEA–da olublar. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in fəaliyyəti, yeni layihələr, dünya kitabxanaları ilə həyata keçirilən kitab mübadiləsi və perspektivdə nəzərdə tutulan tədbirlərdən danışıb. Sonda Məmməd müəllim şagirdlərimizə maraqlı kitablar bağışlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi