MƏKTƏBİN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ KOMANDASI İLƏ GÖRÜŞ KEÇİRİLİB

  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspektoru Leyla xanım məktəb özünüqiymətləndirmə komandası ilə görüşüb. Görüşdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, müsbət məktəb mədəniyyətində idarəetmə fəaliyyətlərinin mərkəzində insani dəyərlər dayanır. Müsbət mədəniyyətə sahib məktəblərdə məktəb heyəti arasında əməkdaşlığa əsaslanan münasibət vardır. Kəmalə müəllim məktəb özünüqiymətləndirmə komandasının üzvlərinin işinin müsbət cəhətlərini qeyd edib.Görüşdə çıxış edən Leyla müəllim əvvəlcədən verilmiş tapşırıqların icrasını yoxladığını bildirib. Müəllimlərə dərs dinləmələri və çərçivə sənədlə bağlı öz tövsiyələrini verib. Dərslər təhlil olunub.Leyla müəllim dərs müşahidələri və bütün heyət arasında komanda işini dəyərləndirib.Bildirib ki, problemlər və həll yolları üzərində işləmək üçün bütün komanda bir-biri ilə sıx əlaqədə olmalıdır. Təkrar dərs müşahidəsi aparılmalı, verilən tövsiyələrin icrası dəyərləndirilməli, irəliləyiş izlənməli və inkişaf üçün müvafiq addımlar atılmalıdır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova dərs müşahidələrinin effektiv təşkili yolları üçün müəllimlərə tez-tez tövsiyələr verdiyini, dərsləri dinlənilən müəllimlərə müşahidələrdən sonra faydalı məsləhətlər verildiyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi