Valideynlər üçün “Oxuyan uşaq” mövzusunda seminar keçirilib

Məktəbin 3 "B" sinif müəllimi Sevinc Məcidova mütəmadi olaraq kitabla, mütaliə ilə bağlı işlər görür. Bu dəfə də BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ münasibətilə o öz şagirdlərinə “Mən oxudum, sən də oxu” devizi ilə dostlarına kitab bağışlamağı tövsiyyə edib. Uşaqlar bir-birinə oxuduqları kitabları hədiyyə edib, hətta içərisində öz imzalarını da qoyublar. Şagirdlərdən biri isə atasının şeirlər kitabını Sevinc Məcidovaya hədiyyə edib.

     Sevinc Məcidova bu işi ilə şagirdlərində kitaba məhəbbət, mütaliəyə həvəs yaratmaqda daha bir addım atıb.

    Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Müəllim “Kitab ən yaxşı hədiyyədir” ifadəsini unutmamağı, gələcəkdə savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qorumağı, onları oxumağı və paylaşmağı məsləhət görüb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi