Valideynlər üçün “Oxuyan uşaq” mövzusunda seminar keçirilib

Mütaliə şagirdlərin mənəvi tərbiyəsinə və nitq qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir. Bu səbəbdən məktəbin 3“B”, 4 “B” sinif müəllimləri Sevinc Məcidova və Zülfiyyə Məmmədova məktəbin kitabxana müdiri Cəmilə İsmayılova ilə birlikdə valideynlər üçün “ Oxuyan uşaq “ mövzusunda seminar keçiriblər.

    Keçirilən bu seminarda müəllimlər uşaqlarda kitab oxumağa necə həvəs yaratmağın yollarından, hansı kitabları oxumalarından, oxumaq üçün kitab seçimini necə etmək lazım olduğundan danışıblar.

    Kitabxanaçı Cəmilə İsmayılova isə məktəbin kitabxana fondunda olan maraqlı kitablardan söhbət açıb. 

  Valideynlər uşaqların telefona bu qədər bağlı olduqları vaxtda  onlara verdikləri məsləhətə və yaratdıqları şəraitə görə müəllim və kitabxanaçılara  təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi