MÜƏLLİMİMİZ YARADICI MÜƏLLİM MÜSABİQƏSİNDƏ TƏŞƏKKÜRNAMƏ İLƏ TƏLTİF OLUNUB

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini həm də biologiya müəllimi İlahə Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda keçirilən təqdimat müsabiqəsində təşəkkürnamə ilə təltif olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir. İlahə müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi