Məktəbdə" Milli - mənəvi dəyərlər" layıhəsi çərçivəsində silsilə tədbirlər davam edir

Məktəbdə" Milli - mənəvi dəyərlər" layıhəsi çərçivəsində silsilə tədbirlərin davam etməsi şagirdlərimizin milli dəyərlərimizə, tariximizə, mədəniyyətimizə bağlılıq hisslərini daha da təkmilləşdirir və inkişaf etdirir. Bu layihənin davamı kimi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyeva VI sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanımızı tanıyaq və tanıdaq" başlığı altında tədbir keçirib. Tədbir şagirdlərin ifasında Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeiri və həmin şeirin təsvirini verən videoçarxla başlanıb. Daha sonra şagirdlər vətənimizin ayrı-ayrı bölgələri haqqında geniş məlumatlar verib. Hər bölgənin yaranma tarixi, abidələri, yeraltı və yerüstü sərvətləri haqqında məlumatlar verilib və verilən məlumatlar slaydlar vasitəsi ilə nümayiş olunub. Şagirdlərin ifasında vətən mövzusunda mahnılar oxunub, milli - mənəvi dəyərlərimizi əks etdirən mədəniyyət nümunəmiz olan milli geyimli qızların ifasında milli rəqslər nümayiş olunub. Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova və direktor müavini İlahə Məmmədova iştirak ediblər. Kəmalə xanım çıxış edərək vətənpərvərlik ruhunda böyüyən balaların çıxışlarını alqışlayaraq onlara daha böyük uğurlar arzulayıb. Həm şagirdlərin, həm müəllimlərin yaddaşından uzun müddət silinməyəcək, bu layihə çərçivəsində olan tədbirlərin davamlı olması arzulanıb. Sonda bütün tədbir iştirakçıları böyük ruh yüksəkliyi ilə xatirə şəkilləri çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi