"Psixologiya həftəsi"

Məktəbin fəaliyyət planına əsasən "Psixologiya həftəsi"çərçivəsində məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova tərəfindən təlimdə geri qalan 1-ci sinif şagirdlərinin iştirakı ilə korreksiya işi aparılıb. Şagirdlərlə idrak proseslərinin inkişafı və sosial bacarıqlar öyrənilməsi məqsədilə inkişafetdirici məşğələlər keçirilib.
Həftə ərzində kiçik yaşlı və yeniyetmə yaşlı şagirdlərlə də məşğələlər aparılması nəzərdə tutulur.