Pedaqoji şuranın növbəti iclası keçirildi

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. V-XI siniflərdə riyaziyyat, X-XI siniflərdə informatika fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova çıxış edib. Kəmalə müəllim V-IX siniflərdə informatika (Rəqəmsal bacarıqlar) və STEAM fənlərinin tədrisi keyfiyyətinin öyrənilməsi və hesabatlılığın təşkilini pedaqoji şura iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda Respublika Fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri barədə məlumat verib. Məktəbdə psixoloji xidmətin təşkili vəziyyəti və dəstəkləyici mühitin yaradılması haqqındı məktəbin psixoloqu Gültəkin İskəndərova məlumat verib. Məktəbdə “Kiçik akademiya” nın fəaliyyəti barədə Bağırova Təranə çıxış edib. Təranə müəllim bildirib ki, “Kiçik Akademiya” üzvlərinin “Heydər Əliyev İli” nə həsr olunmuş I ümumşəhər konfransında məktəbimizin şagirdi Əliyeva Aysel “Alov və qaz sensorlu robot” işini sərgidə təqdim edib. Sonra sinif jurnallarının aparılması vəziyyəti barədə Nazimə Zeynalova və İlahə Məmmədova çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb, müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi