ÜMUMXALQ HÜZN GÜNÜ HÖRMƏTLƏ YAD EDİLİB

Məktəbin Fəaliyyət planına əsasən I-IV siniflərdə Ümumxalq Hüzn Günü ilə əlaqədar dərslər keçirilib. Bütün siniflərdə 1990-cı il 20 Yanvar Günü ilə baĝlı videoçarxlar nümayiş olunub. Şagirdlər həmin günlərin xatirəsini əbədiləşdirən şəkillərlə tanış olublar. Siniflərdə şeir, rəsm müsabiqələri keçirilib. Şagirdlər çıxışlarında bildiriblər ki, qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban veriblər.