20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜDÜR

Məktəbin Rus dili müəllimləri Kərimova Dilarə 8 "Ç" sinfində, İsayeva Dilarə 9 "Ç" sinfində, Mirzəyeva Kəbutər 5 "E" sinfində, Əsgərova İradə isə 5 "D" sinfində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş dərslər keçiriblər. Şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlər təqdimatlarla çıxış ediblər. Dərslərdə bildirilib ki, müasir Azərbaycan tarixinin hüznlü, eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü respublikamızın hər yerində ehtiramla yad edilir. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdiriblər.