TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova 8"B" sinfində ”Tariximizin şanlı səhifəsi” mövzusunda dərs keçib. İlk öncə Azərbaycan Respublikasının Himni səsləndirilib.Sonra şagirdlər 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anıblar. Müəllim bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi