20 Yanvar-Qan Yaddaşımız

Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı "20 Yanvar faciəsi və Azərbaycanın müstəqilliyi" mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Beybudovanın təşkilatçılığı, məktəbin rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə 10"A" sinfində tədbir keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şanlı səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının tarixində istiqlal yolunun, azadlığın başlanğıcı idi. Qanlı Yanvar hadisələrindən 34 il keçməsinə baxmayaraq, qəhrəmanlarımızın azadlıq uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdiyi gün kimi daim xatırlanacaq.
Tədbir şagirdlərin çıxışları, çəkdiyi şəkillər və şeirlər ilə yadda qalıb.